Yerə təhlükəli asteroid yaxınlaşır

9 Avqust 2023 15:24

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) potensial təhlükəli asteroidin Yerə yaxınlaşdığını açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  mütəxəssislərin 6037 (1988 EG) adlandırdığı asteroid avqustun 23-ü Yerə təxminən 6 milyon kilometr məsafədən keçəcək.

Asteroidin diametrinin 430-960 metr, sürətinin isə saniyədə 14,25 kilometr olduğu bildirilir.

Milli.Az