“Rusiya qərb sərhədlərini gücləndirəcək”

9 Avqust 2023 14:40

"Qərb sərhədlərimizi gücləndirəcəyik".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu nazirliyin kollegiya iclasında deyib.

Onun sözlərinə görə, Polşa ABŞ, İngiltərə və Cənubi Koreyadan irimiqyaslı silah almağa başladı: "Bu, Rusiya üçün riskdir. Polşa ABŞ-ın anti-Rusiya siyasətinin əsas alətinə çevrilib".

Milli.Az