SEPAH zabiti Çaldıranda öldürüldü

9 Avqust 2023 13:03

Avqustun 8-də Qərbi Azərbaycan əyalətinin Çaldıran bölgəsində SEPAH zabiti Əmir Hüseyn Salehian naməlum şəxslər tərəfindən öldürülüb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İRNA xəbər agentliyi məlumat yayıb.

"Zabit vəzifə başında olduğu vaxt əks-inqilabçı qüvvələr tərəfindən qətlə yetirilib", - məlumatda qeyd olunub.

Milli.Az