Saakaşvili Azərbaycana və İlham Əliyevə təşəkkür etdi

9 Avqust 2023 09:47

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili 2008-ci ilin avqustunda Gürcüstanı dəstəklədiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edib. Bu barədə Saakaşvili Facebook səhifəsində yazıb.

"2008-ci il hadisələrində Azərbaycanın rolu yetərincə qiymətləndirilmir. Qardaş qonşu dövlət bizi yanacaq və maliyyə ilə təmin etdi ki, bu da ölkənin yaşaması üçün həlledici idi", - Saakaşvili yazıb.

"Mən şəxsən İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür etmək istəyirəm", - eks-prezident bildirib.

Milli.Az