Almaniyada keçmiş və indiki kanslerlərin bərbərxana xərcləri üzə çıxdı - ŞOK MƏBLƏĞ

9 Avqust 2023 21:51

Almaniya hakimiyyəti keçmiş kansler Angela Merkelin saç və makiyaj xidmətlərinə siyasətçi 2021-ci ildə vəzifəsini tərk edəndən bəri ayda təxminən 3 min avro xərcləyir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Merkelin xarici görünüşünə xüsusi bərbər-vizajist nəzarət edir. İndiyədək onun xidmətlərinə büdcədən 55 min avro ayrılıb. Bu vəsaitdən 2022-ci ildə 37,780 avro, bu il isə 17,200 avro artıq xərclənib.

Hökumətin məlumatına görə, 2021-ci ildən hazırki kansler Olaf Şoltsun stilist-vizajist xidmətlərinə təxminən 62 min avro ayrılıb.

Milli.Az