Qəzaya düşən müğənninin səhhəti ağırlaşdı - DANIŞA BİLMİR - FOTO

9 Avqust 2023 08:37

Müğənni Lada Dens avtomobil qəzası keçirib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, taksidə olarkən kəllə-beyin travması alan sənətçinin səhhəti daha da ağırlaşıb. 

Üzündən ikinci dəfə əməliyyat olunan müğənni danışa bilmir. 

Qeyd edək ki, hadisə 3 gün əvvəl Krım magistralının 52-ci kilometrliyində baş verib. Qəza zamanı 3 avtomobil toqquşub, ümumilikdə 4 nəfər xəsarət alıb. Sənətçi Rusiyanın Fövqəladə Hallar Nazirliyinin helikopteri ilə xəstəxanaya çatdırılıb.

Milli.Az

Qəzaya düşən müğənninin səhhəti daha da ağırlaşıb