Yaşayış binasında GÜCLÜ PARTLAYIŞ: 2 ölü, 13 yaralı

8 Avqust 2023 21:07

Rusiyanın Həştərxan vilayətində çoxmənzilli binada məişət qazından partlayış olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin "Telegram" kanalında məlumat verib. Hadisə nəticəsində 13 nəfər xəsarət alıb, ikisi ölüb.

Binada 216 nəfər yaşayırdı, onlardan 43-ü uşaqdır.

Milli.Az

Rusiyada binada baş verən partlayışda iki nəfər ölüb, 13-ü yaralanıb