Finlandiya hakimiyyəti Rusiya ilə sərhədin tamamilə bağlanmasını istisna etmir.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Yle" kanalı məlumat yayıb.
Finlandiya Sərhəd Xidmətinin rəsmisi Mikko Lehmusun sözlərinə görə, ölkə rəhbərliyi rusların ciddi axını olacağı təqdirdə bir neçə ssenarini nəzərdən keçirir:
"Əgər ruslar heç bir əsas olmadan gəlsələr, onlara giriş qadağan olunacaq. Helsinki dövlətin təhlükəsizliyinə təhdid yarandığı təqdirdə sərhədi də bağlayacaq".
Milli.Az