Azərbaycan Premyer Liqasında iki oyunun saatı dəyişdirildi

8 Avqust 2023 21:22

Azərbaycan Premyer Liqasında II turun iki oyununun başlama saatı dəyişdirilib.

Milli.Az Peşəkar Futbol Liqasının məlumatına istinadən xəbər verir ki, avqustun 12-nə təyin olunmuş "Araz Naxçıvan"-"Qəbələ" matçı saat 18:30-da, "Zirə"-"Kəpəz" görüşü isə 21:00-da başlayacaq.

Məlumata görə, dəyişiklik təşkilati işlərlə əlaqədardır.

Milli.Az