Süni intellekt modeli gözəlliyi ilə görənləri tilsimləyir - FOTO

8 Avqust 2023 19:58

Süni intellekt modeli Milla Sofianın paylaşımları izləyicilərinin ağlını başından alır.

Milli.Az xarici mediaya istinadən xəbər verir ki, Milla Sofia əslində mövcud deyil və süni intellekt tərəfindən yaradılıb. Buna baxmayaraq bir-birindən gözəl fotoları hər gün daha çox izləyici toplayır. Gah Yunanıstanın Santorini adasında bikinili pozları ilə görənləri heyran edir, gah inşaat işçisi cildinə girir. Bir sözlə nə paylaşsa, izləyiciləri ağzı-açıq seyr edir.

Süni intellekt tərəfindən yaradılan belə gözəl simaya və bədən quruluşuna malik modellərin gələcəkdə canlı fotomodelləri əvəzləyə biləcəkləri heç bir şübhə doğurmur.

Həmin görüntüləri təqdim edirik:

Ülkər
Milli.Az