Bakı, Sumqayıt və Abşeronda avqust ayının pensiyaları ödənilib

8 Avqust 2023 12:44

Bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə avqust ayının pensiyaları ödənilib.

Bu barədə Milli.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, yaxın günlərdə isə respublikanın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları ödəniləcək.

Milli.Az