"Gəncə" 3 illik həsrətə son qoydu

17 May 2010 19:43
Bu barədə məlumatı klubun mətbuat katibi Məqsəd Rəhimov verib. Onun sözlərinə görə, futbol üzrə I divizion komandaları arasında təşkil olunan ölkə çempionatında sonuncu - 22-ci turun oyunları çərçivəsində "Gəncə" Qusarın "Şahdağ" komandası ilə heç-heçə oynayaraq xalların sayını 47-yə çatdırıb.

Çempionatın digər favoriti MOİK isə səfərdə Bakının "Rəvan" klubuna 3:1 yenilərək "Gəncə" ilə xalları bərabər qalıb. Beləliklə komandalar arasında iki oyunun nəticələrinə görə "Gəncə" Peşəkar Futbol Klubu Premyer Liqaya vəsiqəni lider olarag qazanıb. Məlumat üçün bildirək ki, arxada qalan 22 tur çərçivəsində "Gəncə" PFK turnirin ən çox top vuran və öz qapısından ən az top buraxan komandasıdır. Komandalar arasında ən az məğlubiyyət də qərb təmsilçilərindədir. Klub yaşıl meydançanı cəmi 3 dəfə məğlub tərk edib, 14 dəfə qalıb gəlib, 5 dəfə heç-heçə oynayıb.

Beləliklə, 3 ildən sonra yenidən böyük meydanlara dönən "Gəncə" Peşəkar Futbol Klubu Premyer Liqaya vəsiqəni lider olaraq təmin edib.

Ganca.az