Alyaskanın mərkəzində güclü sel evləri aparıb

9 Avqust 2023 00:28

Alyaskanın mərkəzi Cuno şəhərində Mendenholl Buzlağının sürətlə əriməsi səbəbiylə bənd qırılıb. Artıq ərazidə fövqəladə vəziyyət elan edilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, iki evə ciddi ziyan dəyib, biri uçub. Bölgədə bir neçə yol su altında qalıb. Hazırda insanları fəlakət zonasından təxliyə etməyə çalışırlar.

Milli.Az