Rusiya Ukrayna şəhərinə raket atdı: 67 yaralı, 7 ölü var

8 Avqust 2023 09:20

Rusiya Ukraynanın Pokrovska şəhərinə raket hücumu həyata keçirib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Atılan raket yaşayış binasına düşüb.

Hadisə nəticəsində 67 nəfərə yaralanıb, yeddisi ölüb.

Xəsarət alanlardan 29-u polis əməkdaşı, yeddisi xilasedici və ikisi uşaqdır.

Milli.Az