Sürücü avtomobili ilə PUA-nı vurdu - FOTO

8 Avqust 2023 18:34

Ötən gecə Rusiya paytaxtı Moskva şəhəri yaxınlığında sürücü "BMW" markalı avtomobili ilə pilotsuz uçuş aparatını (PUA) vurub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, sükan arxasında "Trast Bank"ın menecerlərindən birinin olduğu bildirilir. PUA-nı vuran şəxs polis çağırıb.

Polis tərəfindən PUA-ya baxış keçirildikdən sonra onun peşəkar videoçəkiliş üçün nəzərdə tutulmuş "DJI Mavic Pro" olduğu müəyyən edilib.

Avtomobilin sürücüsü özü xəsarət almayıb, maşının isə buferi cızılıb.

Hazırda hüquq-mühafizə orqanları pilotsuz uçuş aparatının sahibini axtarır.

Milli.Az