KXDR-dən Rusiyaya şok: raket istehsalçılarına müdaxilə

8 Avqust 2023 07:27

Şimali koreyalı hakerlər Rusiyanın ballistik, qanadlı və hipersəs raketlərinin istehsalçısına müdaxilə edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu iddia ilə "Röyters" agentliyi çıxış edib.

Qeyd olunur ki, hakerlər korporasiyanın şəbəkələrinə 2021-ci ilin sonundan 2022-ci ilin mayına qədər daxil olublar. Onların hansı məlumatları götürdükləri məlum deyil.

Milli.Az