Rusiya ilə sülh danışıqları... - ABŞ

7 Avqust 2023 23:43

Hazırda Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün Rusiya ilə heç bir danışıqlar aparılmır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller brifinqdə deyib.

O bildirib ki, Vaşinqton münaqişənin həlli üzrə gələcək dialoq kontekstində Kiyevə dəstək vermək üçün istənilən mümkün konstruktiv rol oynamağa hazırdır.

"ABŞ istənilən digər ölkənin bu prosesə konstruktiv töhfəsini də alqışlayacaq".

Milli.Az