Türkiyədə limanda partlayış baş verib, yaralılar var

7 Avqust 2023 16:14

Türkiyənin Kocaeli şəhərinin Derince limanındakı depoda partlayış olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə TRT məlumat yayıb.

İlkin məlumata görə, partlayış nəticəsində 4 nəfərin yaralandığı bildirilib.

Qeyd olunub ki, bölgəyə çoxlu sayda xilasedici və yanğınsöndürən maşınlar göndərilib.

Milli.Az