Uşaq həkimi seksual manyak çıxdı - FOTO

7 Avqust 2023 16:20

Türkiyədə 17 yaşlı qız həkim tərəfindən cinsi istismara məruz qalıb.

Milli.Az türk mediasına istinadla bildirir ki, nəfəs çatışmazlığı səbəbi ilə həkimə gedən qız qeyri-adekvat münasibətlə üzləşib. "Halsızlıq və nəfəs çatışmazlığı səbəbilə xəstəxanaya müraciət etdim. Müayinə otağında həkim, alt paltarımı çıxarmağımı istədi. Hərəkətsiz qalıb heçnə etmədim. Belə olduqda o paltarımı əynimdən çıxardı və sinəmə əlcəksiz toxundu. Müayinə boyu uyğun olmayan, narahatedici ifadələr işlətdi. " deyə azyaşlı bildirib.

Azyaşlı hadisə yaşandıqdan sonra bir müddət bu məsələni qorxudan gizli saxlayaraq şikayət etməyib. Həkim Ufuk S. isə "Cinsi istismar" maddəsi ilə həbs olunub.

Ülkər
Milli.Az