Müğənni Şəbnəm Tovuzlu oğlu Əli ilə birlikdə Türkiyəyə tətilə yollanıb.
Milli.Az bizim.media-ya istinadən bildriir ki, sənətçi övladı ilə yüz minlərlə turistin axın etdiyi Bodrum şəhərinə istirahətə gedib.
Qızmar günəşli günlərin dadını çıxaran Şəbnəm öğlu ilə skuter sürüb. Əyləncəsinə adrenalin qatmaq üçün isə müğənni dalğıc geyimini geyinərək, Egey dənizinin dərinliklərinə də baş vurub.
Şəbnəm istirahət zamanı çəkdiyi bir-birindən rəngarəng şəkilləri ilə görüntülərini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Milli.Az