Turizm mövsümünün davam etdiyi Antalyada hava nəqliyyatında da sıxlıq müşahidə olunur.
Milli.Az oxu.az-a istinadən bildirir ki, Antalya valisi Ersin Yazıcı sosial media hesabında hava limanında olan təyyarə və sərnişinlərin sayını paylaşıb.
Bu həftə hava limanının iki rekordu qırdığını bildirən Yazıcı, aeroportdan 127-si daxili, 1063-ü beynəlxalq aviareys olmaqla, 1190 təyyarənin enib-qalxdığını bildirib.
O, həmçinin hava limanının günlük ən yüksək sərnişin sayına çatdığını da qeyd edib. Yazıcının sözlərinə görə, aeroport 214 min 919 sərnişinə xidmət göstərib ki, onlardan 20 min 795-i daxili, 194 min 124-ü isə beynəlxalq aviareyslərin sərnişinləri olub.
Milli.Az