"Vaqner" döyüşçüləri Nigerə yeridilir - İddia

7 Avqust 2023 08:36

Nigerdə "Vaqner" özəl hərbi təşkilatının ofisi açılacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bununla bağlı alman mediasında məlumat yayılıb.

Həmçinin iddia edilib ki, "Vaqner" müdafiə məqsədilə ölkənin paytaxtı Niameydə kontingent yerləşdirəcək.

Hələlik, hərbi təşkilatın rəhbərliyi bu məlumatı təsdiqləməyib.

Milli.Az