4 istiqamətdə rusların qarşısı alındı, bu ərazilərdə isə...

7 Avqust 2023 07:34

Ukrayna Silahlı Qüvvələri Avdeyevka ərazisində rus hərbçilərin hücumlarını 4 istiqamətdə dəf edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukraynanın Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, ötən gün ərzində 30-a yaxın toqquşma olub. Kupyansk, Baxmut, Maryinka və Zaporojye istiqamətində rus hərbçiləri geri otuzdurulub.

Ukrayna Müdafiə Qüvvələri Melitopol və Berdyansk istiqamətlərində hücum əməliyyatını davam etdirir, ələ keçirilən ərazilərdə möhkəmlənir və əks-hücum tədbirləri həyata keçirir.

Milli.Az