Lavrov Ermənistana təzyiq edir?
17 May 2010 21:53
Milli.Az xəbər portalının "Amenia Today"a istinadən verdiyi məlumata görə, bunu Ermənistanın sabiq baş naziri, "Respublika" partiyasının rəhbəri Aram Sarkisyan bildirib. "Lavrovun Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramında iştirak edən ölkələrlə Rusiyanın münasibətlərində problem yarana biləcəyinə dair bəyanatı Yerevana təzyiqdən başqa bir şey deyil", - deyə Sarkisyan qeyd edib: "Lavrov heç vaxt heç nəyi təsadüfən demir. Bu dəfə də onun nəyi nəzərdə tutduğunu zaman göstərəcək".
Milli.Az