G20 sammitində Ukrayna üzrə yeni sülh danışıqları keçirilə bilər

6 Avqust 2023 20:14

"Böyük İyirmiliy"in (G20) sammiti çərçivəsində Ukrayna üzrə yeni sülh danışıqları keçirilə bilər.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Danışıqların növbəti mərhələsi sentyabrda Nyu-Dehlidə keçiriləcək G-20 liderlərinin sammitindən əvvəl baş tutacaq.

Sammitə 40-dan çox ölkənin, o cümlədən inkişaf etməkdə olan ölkələrin, o cümlədən Hindistan, Braziliya, İndoneziya, Misir və Meksikanın nümayəndələri dəvət olunub.

Milli.Az