Rusiya neftini Avropaya daşıyan xətdə sızma baş verdi

6 Avqust 2023 19:14

Rusiya neftini Avropaya daşıyan "Drujba" boru kəmərinin qərb hissəsində iki xətdən birində sızma aşkar edilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Polşanın boru kəməri operatoru olan PERN məlumat yayıb.

Şirkət boru kəmərinin zədələnmiş hissəsinin təmirinə başlanıldığını və axının avqustun 8-də bərpa olunacağını açıqlayıb.

Qeyd edək ki, dünyanın ən böyük neft kəmərlərindən biri olan "Drujba" boru kəməri ilə neft axını Rusiya-Ukrayna müharibəsi başlayandan kəskin şəkildə azalıb.

Milli.Az