Varşava “Vaqner”i Polşaya soxulmağa cəhddə ittiham edib

6 Avqust 2023 12:51

"Vaqner" özəl hərbi şirkətinin döyüşçüləri Belarusdan Polşa ərazisinə nüfuz etməyə çalışırlar.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu CNN telekanalına Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski bildirib.

"Yablonski Vaqner qrupunun əsgərlərinin Polşa ərazisinə soxulmağa çalışdığını iddia edərək, Belarusdan "çox real" təhlükənin gəldiyini bildirib", - telekanal qeyd edib.

Diplomat həmçinin bildirib ki, Polşanı daha çox hücum və ola bilsin ki, ölkənin hava məkanını pozmaq cəhdləri gözləyir. Lakin, Varşava geri çəkilmək fikrində deyil.

Milli.Az