Kılıçdaroğlunun avtomobil karvanında qəza olub

5 Avqust 2023 16:58

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun Ərzincandakı avtomobil karvanında qəza baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə nəticəsində biri jurnalist olmaqla 2 nəfər xəsarət alıb.

Tercan rayonunda baş vermiş qəzada 5 avtomobil toqquşub.

Milli.Az