Akşənərin partiyasından daha 14 nəfər istefa verdi

5 Avqust 2023 15:58

Türkiyənin müxalifət İYİ Partiyasından daha 14 nəfər istefa verib.

Milli.Az axar.az-a istinadən bildirir ki, məlumatı Türkiyə mediası yayıb.

İstefaların əsas səbəbi kimi partiyanın bələdiyyə seçkiləri ilə bağlı hədəflərindən geri qaldığı vurğulanıb.

Qeyd edək ki, 31 mart 2024-cü il tarixində Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək. 

Milli.Az