Rezidenturaya sınaq imtahanı keçirilir

5 Avqust 2023 08:00

Bu gün rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün qəbul imtahanının ikinci mərhələsi (ixtisas fənləri üzrə biliklərin qiymətləndiriliməsi imtahanı) üzrə sınaq imtahanı keçirilir.

Dövlət İmtahan Mərkəzindən Milli.Az-a bildirilib ki, sınaq imtahanı DİM-in Nəsimi rayonu, Ə. Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında (8 Noyabr metrostansiyasının yanı) kompüter vasitəsilə elektron formada keçiriləcək və saat 10:00-da başlayacaq.

Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılacaq.

Milli.Az