Ostin Blaşçakla "Vaqner"dən danışdı: Dəstək

5 Avqust 2023 07:14

Pentaqonun rəhbəri Lloyd Ostin polşalı həmkarı Mariuş Blaşçakla telefon danışığı aparıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

Danışıq zamanı Lloyd Ostin ABŞ-ın avqustun 1-də Belarus helikopterlərinin ölkənin hava məkanına müdaxiləsinə cavab olaraq Polşanı dəstəklədiyini bildirib.

Tərəflər həmçinin "Vaqner"in Belarusda olması ilə bağlı müzakirələr aparıblar.

Milli.Az