İnstaqram yazışmalara məhdudiyyət tətbiq edib.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "TechCrunch" yazıb.
Belə ki, bir-birini izləməyən hesablar yalnız bir ismarış göndərə bilər.
Nəşrin məlumatına görə, daha çox ismarış göndərmək yalnız istifadəçi sorğunu qəbul etdikdə mümkün olacaq.
Bundan əlavə, istifadəçilər bir-birini izləməsələr, o zaman onlar yalnız mətn ismarışları göndərə biləcəklər.
Milli.Az