Qastrol səfərinə unitazla gedən müğənni kimdir? - FOTO

4 Avqust 2023 22:21

Müğənni Beyons açıq hava konsertləri zamanı komandasından unitazları daşımağı xahiş edir.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə "The Sun" məlumat yayıb.

"The Sun" belə bir yükün daşınmasını təmin etmək üçün sənətçinin minlərlə dollar ödədiyini vurğulayır.

Qeyd olunub ki, ona və ətrafına tez-tez böyük yeməkxanalardakı VIP zona verilir. Digər personalın 50 metrdən az yaxınlaşması qadağandır. Qəzet qeyd edir ki, onlara qalan yeməkləri götürmək də qadağandır.

Milli.Az

Beyons qastrol səfərinə unitazlarını daşıyır