3 uşaq anasını öldürən qatil jelibon yeyərək polisi gözlədi - VİDEO - FOTO

4 Avqust 2023 18:58

İngiltərədə 3 uşaq anasını amansız şəkildə qətlə yetirən 26 yaşlı şəxsin soyuqqanlı davranışı gündəm olub.

Milli.Az xarici mediaya istinadla bildirir ki, qatil qadının evinə gedərək əvvəlcə ona möhkəm zərbə endirib, daha sonra isə huşunu itirən qadının başını kəsib. Hadisə yerindən uzaqlaşan qatili tapan polislər dəhşətə gəlib. Kefini belə pozmayan qatil jelibon yeyərək polisləri qarşılayıb, hətta onlara da yediyindən təklif edib.

Daha sonra məlum olub ki, həkim yoxlanışından keçən qatilə paranoyak şizofren diaqnozu qoyulub və o, həbs olunmayaraq ruhi xəstəxanaya yerləşdirilib.

Həmin görüntüləri təqdim edirik:

Ülkər
Milli.Az