"Fənərbağça" Joao Pedro və Dieqo Rossi kimi futbolçuların klubdan ayrılmasından sonra cinah transferi üçün hərəkətə keçib.
Milli.Az metbuat.az-a istinadən bildriir ki, "Fənərbağça" danışıqlar apardığı Tete və menecerini İstanbula gətirib. Bildirilir ki, tərəflər transfer üçün detalları razılaşdırıb. Məlumata görə, Tete "Şaxtyor Donetsk"lə müqaviləsini pozaraq azad agent olub. Buna görə də, "Fənərbaxça" Teteni transfer etmək üçün pul ödəməyəcək.
"Sabah Spor"un xəbərinə görə, Tetenin hazırda bazar dəyəri 25 milyon avrodur. Futbolçunun "Fənərbağça"dan illik 4,5 milyon avro maaş alacağı qeyd edilib.
Milli.Az