Türkiyə ilə Azərbaycan arasında mədənçilik sahəsində əməkdaşlıq sazişi ratifikasiya edilib

4 Avqust 2023 10:16

Türkiyə Respublikası Höküməti ilə Azərbaycan Respublikası Höküməti arasında mədənçilik sahəsində əməkdaşlıq sazişi ratifikasiya edilib.

Milli.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, bu barədə qərar Türkiyənin "Rəsmi Qəzet"ində dərc edilib.

Qeyd edək ki, saziş 22 dekabr 2021-ci il tarixində Bakı şəhərində imzalanıb.

Milli.Az