Paleontoloqlar Perunun sahil zonasında 37-39 milyon il əvvəl yaşamış balinanın nəhəng fəqərələri və fosillərini (daşlaşmış qalıqları) aşkar ediblər.
Milli.Az oxu.az-a istinadən bildirir ki, qalıqlar Eosen dövrünə aid basilosauridlər ailəsindən olan "Perucetus colossus" balinasına məxsusdur. Alimlərin hesablamaları düzgündürsə, onun uzunluğu 20 metr, çəkisi 150-350 ton olub. Belə olduğu halda o, Yer kürəsinin indiyə qədər yaşamış ən ağırçəkili canlısı sayıla bilər.
Milli.Az