“X” sosial şəbəkəsində yeni funksiya

4 Avqust 2023 21:45

İlon Mask "X" sosial şəbəkəsinin (keçmiş "Twitter") təsdiqlənmiş istifadəçilərinin orada yayımlanan videoları yükləyə biləcəklərini deyib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, videonu yükləmək üçün video tam ekran rejimində olarkən mavi işarəni klikləyin:

"Tezliklə biz şəbəkəni eynilə şəkilləri klikləyib yüklədiyimiz kimi yükləmə funksiyası ilə təmin edəcəyik".

Milli.Az