İranda temperatur 50 dərəcəni keçdi

3 Avqust 2023 23:42

İranda havanın temperaturu 50 dərəcəni keçib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı Xuzistan Meteorologiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, İranın cənub-qərbindəki Xuzistan əyalətinin 8 şəhərində termometrlər 50 dərəcədən yuxarı qalxıb.

Buna uyğun olaraq havanın temperaturu Ümidiyedə 51,8, Şuşda 51,5, Abadanda 51,3, Bostanda 51,2, Dezfulda 50,8, Əhvaz, Ramhürmüz və Mahşəhrdə 50, 2 dərəcə ilə ölçülüb.

Hava şəraiti ilə əlaqədar son 24 saat ərzində xəstəxanalara 16 nəfər müraciət edib.

Milli.Az