“Jelezniçar”ın futbolçusu stadiondan birbaşa xəstəxanaya aparıldı - Foto

3 Avqust 2023 22:28

Xəbər verdiyimiz kimi, Avropa Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab matçında "Neftçi" doğma azarkeşləri önündə "Jelezniçar"ı qəbul edir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Jelezniçar"ın oyunçusu Haris Ovçina 50-ci dəqiqədə rəqiblə mübarizədə zədələnib.

Yerdə qalan futbolçu stadiondan birbaşa xəstəxanaya aparılıb.

Milli.Az