Ata oğlunu AMANSIZLIQLA öldürdü

3 Avqust 2023 20:15

73 yaşlı kişi 38 yaşlı oğluna elektrik cərəyanı ilə ölənə qədər işgəncə verib.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Kaluqa vilayətində baş verib.

Rusiya İstintaq Komitəsinin bölgə üzrə istintaq orqanlarının məlumatına görə, ata və oğul arasında yaranan mübahisədən sonra qəzəbli kişi 220 V gərginlikli açıq naqilləri oğlunun bədəninin hissələrinə sıxıb. Oğlunda həyat əlamətləri görünməyənə qədər işgəncəni davam edib. Ata həbs olunub.

Hadisə ilə bağlı araşdırma davam edir.

Milli.Az