Elcan başqa xəstəxanaya yerləşdirildi

3 Avqust 2023 21:03

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl aparıcı-aktyor Elcan Rəsulov ödündən əməliyyat olunub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, təcili tibbi yardım maşınından yeni görüntüsünü paylaşan aktyor başqa xəstəxanaya aparıldığını bildirib:

"Qismətimdə 6 gün müalicə aldığım klinikanın həyətinə başqa xəstəxananın təcili tibbi yardım maşınını çağırmaq varmış".

Qeyd edək ki, aktyor bir müddət əvvəl ayağında ağrılar olduğunu, yeriməkdə çətinlik çəkdiyini açıqlamışdı.

Milli.Az