Türkiyədə ilk dəfə qadına admiral rütbəsi verilib

3 Avqust 2023 19:13

Türkiyədə ilk dəfə olaraq qadın admiral təyin olunub.

Milli.Az APA-ya istinadən bildirir ki, müvafiq qərar ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın sədrlik etdiyi ALi Hərbi Şuranın (YAŞ) iclası zamanı qəbul edilib.

Qərara əsasən Hərbi Dəniz Qüvvələri Komandanlığında qərargah polkovniki Gökçen Fırat admiral rütbəsinə yüksəldilib.

Milli.Az