Əliyar Ağayev Çempionlar Liqasının oyununa təyinat aldı

3 Avqust 2023 17:14

FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

Bu barədə AFFA məlumat yayıb.

Bildirilib ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 8-də keçiriləcək "Klaksvik" (Farer adaları) - "Molde" (Norveç) oyununun baş hakimi azərbaycanlı referi olacaq.

Ona FIFA referi köməkçisi Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.

Milli.Az