Türkiyədə inflyasiya son doqquz ayda ilk dəfə artıb

3 Avqust 2023 13:22

Türkiyədə illik inflyasiya ardıcıl son doqquz ayda ilk dəfə artmağa başlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, iyul ayında inflyasiya 47,83%-ə kimi artıb. Ötən ay bu rəqəm 38,21% təşkil etmişdi.

Qeyd edək ki, iyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya görə 9,49%, 2023-cü ilin əvvəli ilə müqayisədə isə 31,14% artıb.

Milli.Az