Zelenski payızda “sülh sammiti” keçirmək istəyir

3 Avqust 2023 07:27

Ukrayna prezidenti Volodimir Zelenski  2023-cü ilin payızında "sülh sammiti" keçirməyə ümid etdiyini bildirib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Ukrayna hazırda sammitin bu ilin payızında baş tutmasını təmin etmək üçün çalışır.

Ukrayna prezidenti bildirib ki, sammitə hazırlaşmaq, eləcə də əksər dövlətləri iştiraka cəlb etmək üçün hələ vaxt var.

Qeyd edək ki, Zelenski sentyabrda Nyu-Yorkda keçiriləcək  Birləşmiş Millətlər Təşkilatının (BMT) iclasında iştirak edə bilər.

Milli.Az