Bu məscid 22 ildir ibadətə bağlıdır - FOTO

1 Avqust 2023 23:16

Xaçmaz rayonu Xudat şəhəri Axundov küçəsində yerləşən Cümə Məscidi 22 ildir ki, qəzalı vəziyyətdədir.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, məscidin tavanı və döşəməsi sıradan çıxıb, divararlarında isə çatlar əmələ gəlib.

Bu səbəbdən məscidin qapıları 2001-ci ildən bəri bura ibadətə gələn insanlara bağlıdır.

Qeyd edək ki, Mərkəzi Cümə Məscidi (və ya Şeyx Məhəmməd Yaraqlı məscidi) 1993-1995-ci illərdə inşa edilib. Məscidin tikintisi Küveytin İslam İrsinin Dirçəlişi Cəmiyyətinin köməkliyi ilə başa çatdırılıb.

Milli.Az