Korrupsiya qarşı Mübarizə Baş İdarəsi Tərtər RİH-də əməliyyat keçirib, saxlanılan var

1 Avqust 2023 08:09

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Tərtər rayon İcra Hakimiyyətində əməliyyat keçirib.

Milli.Az xəbər verir ki, idarə əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində korrupsiya faktları ilə bağlı icra hakimiyyətinin vəzifəli şəxsi saxlanılıb.

Baş Prokurorluqdan bildirilib ki, əlavə məlumat veriləcək.

Milli.Az