“Liverpul”un kapitanlıq sarğısı ona verildi

1 Avqust 2023 08:33

"Liverpul"un yeni kapitanı məlum olub.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Cordan Hendersondan sonra kapitanlıq sarğısını Vircil van Deyk bağlayacaq. Klubun vitse-kapitanı isə Trent Aleksander-Arnoldə həvalə olunub.

Qeyd edək ki, 32 yaşlı müdafiəçi Vircil Van Deyk 2018-ci ilin yanvarında "Sauthempton"dan "Liverpul"a keçib. 

Milli.Az