Şehiç Səudiyyə Ərəbistanı klubuna keçdi

1 Avqust 2023 07:27

"Konyaspor"un kapitanı İbrahim Şehiç karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Şehiç "Əl-Halic" klubu ilə anlaşıb.

Qeyd edək ki, Şehiç 2013-2018-ci illərdə "Qarabağ"da çıxış edib.

Milli.Az